“Roma” “Milan”a qalib gəldi - Video

roma-milana-qalib-geldi
Oxunma sayı: 993

İtaliya A Seriyasında 16-cı turun oyunlarına yekun vurulub.

Qafqazinfo” xəbər verir ki, turun son oyununda “Roma” öz meydanında “Milan”ı qəbul edib. Qarşılaşma paytaxt klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 62-ci dəqiqədə Raca Nainqqolan vurub.

Qələbədən sonra xallarını 35-ə çatdıran “Roma” turnir cədvəlində ikinci pilləyə yüksəlib. Çempionata 39 xal ilə “Yuventus” komandası liderlik edir.