”Qarabağ”ın kapitanı Rəşad Sadıqov Premyer Liqanın sonuncu – XXXVI turunda AZAL-la qarşılaşamadan sonra jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” xəbər verir ki, ağdamlıların kapitanı ölkə kubokunun finalı haqqında da fikirlərini bildirib:
- Mövsüm başa çatdı və “Qarabağ” arıdıcıl üçüncü dəfə kuboku başı üzərinə qaldırdı. Fikirləriniz necədir?
- Çempionluğu daha öncə təmin etmişdik. Lakin AZAL-la qarşılaşmada da yaxşı oyun sərgilməyə çalışırdıq. Qarşıda bizi ölkə kubokunun finalında “Neftçi”ilə oyun gözləyir. Finala qədər formada və ritmdə qalmağa çalışırıq. Çempion olduğumuza görə çox şadam. Uğurlu mövsüm keçirdik və yenidən medallara yiyələndik.
- Son iki mövsümdə avrokuboklarda qrup mərhələsində oynayan “Qarabağ”dan bu il hansı nəticəni gözləmək olar?
- Əvvəlcədən fikir bildirmək olmur. Çempionlar Liqasındakı rəqiblərin hamısı güclü və müqavimətlidir. Düşünürəm ki, bizim üçün ən ağırı elə birinci mərhələdə olacaq.
- Son 3 ildə 3 dəfə çempion oldun, “Qızıl dubl” etdin və 2 dəfə avrokuboklarda qrup mərhələsi oynadın. Karyeranın sona yaxınlaşan hissəsinin bu qədər uğurlu alınacağını gözləyirdin?
- Düzü, mənim üçün də gözlənilməz oldu. Çempion olmağı və avrokuboklarda qrup mərhələsində oynamağı arzulayırdım. Amma hər şeyin bu qədər uğurlu olacağını gözləmirdim. Həmçinin də millinin heyətində 100-cü oyunumu keçirdim.
- Gələcək karyeranla bağlı yekun qərar qəbul etmisənmi?
- Hələ ki, bu barədə qərar qəbul etməmişəm. Gələcəkdə məşqçi də ola bilərəm, menecer də. Klubda hansısa vəzifə tutmağım, ya da ümumiyyətlə futboldan uzaqlaşmağım mümkündür.
- Biz Rəşad Sadıqovu futbolsuz təsəvvür edə bilmirik. Özün bunu təsəvvür edə bilirsən?
- Böyük problemdi. Özüm də düşünəndə qalıram belə ki, necə olacaq? Məhlədə futbol oynayacam, dostlarımla yığışacağıq. Ancaq çox çətin olacaq. Bu haqda düşünməməyə çalışıram.
- Rəşad özündən sonra əvəzedici olaraq kimi qoydu getdi?
- Mən kiməm ki, özümdən sonra kimisə əvəzedici qoyum? O qədər yaxşı futbolçular var ki, məndən də üstün oynayacaqlar.
Son xəbərlər
Son Xəbərlər