Xəbər verdiyimiz kimi, sabah Fransada futbol üzrə Avropa Çempionatının final mərhələsi start götürəcək.
“Qafqazinfo” xəbər verir ki, qitə birinciliyinin ölkəmizdə əsas yayımçısı “İctimai Tv”dir. 23 oyunu canlı yayımlayacaq kanal bu matçlar üçün əlavə şərhçilər cəlb edəcək. Buna görə də kanal rəhbərliyi “İdman Azərbaycan”ın şərhçilərinə dəvət göndərib.
“İdman Azərbaycan” kanalının 7 şərhçisi 1 ay müddətində “İctimai TV”də oyunları şərh edəcək.
Son xəbərlər
Son Xəbərlər