Xəbər verdiyimiz kimi, ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" sabah qrup mərhələsinin sonuncu turunda "Fiorentina"nı qəbul edəcək.
“Qafqazinfo” xəbər verir ki, oyunöncəsi mətbuat konfransına qatılan İtaliya təmsilçisinin qapıçısı Çiprian Tataruşanu oyunla bağlı fikirlərini səsləndirib.
“Bizim qorxumuz yoxdu. Təbii ki, "Qarabağ" güclü komandadı. Rəqib üçün də asan olmayacaq. Ancaq biz heç nədən çəkinmirik. Biz hər oyuna qələbə üçün çıxırıq. Biz PAOK-la oyunda da qələbəni düşünürdük. Sadəcə, yunanlar güclü idi. Əlinə düşən imkanlardan istifadə edib, qalib gəldilər. Biz isə çoxsaylı qol imkanlarımızı boşa verdik. "Fiorentina" hazırda yaxşı səviyyədədi. Nəzərə alaq ki, qrupda liderik. "Qarabağ"ın PAOK-a hər iki oyunda qalib gəlməsi gözümüzü qorxutmur. Biz sabah böyük hesabla qalib gəldiyimiz komandaya qarşı oynayacağıq”.