DÇ-2018-in seçmə mərhələsinin C qrupunda keçiriləcək Azərbaycan - Norveç oyununa hakim təyinatları açıqlanıb.
“Qafqazinfo”nun məlumatına görə, görüşü Liran Lianinin başçılıq etdiyi İsrail Futbol Federasiyasından hakimlər briqadası idarə edəcək. Onun köməkçiləri David Elyas Bitton, Nissan Davidi olacaq. Dördüncü hakim funksiyasını Eytan Şmuelevitz yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan - Norveç oyunu oktyabrın 8-i, saat 20:00-da başlayacaq.
Son xəbərlər
Son Xəbərlər