“Ağrısız, bir az yatmaq istəyirəm...”- - Vaqif Səmədoğlu

agrisiz-bir-az-yatmaq-isteyirem-
Oxunma sayı: 7092


“Qafqazinfo” həmin şeiri təqdim edir:


İlahi,

Yatağın nə sağında

Nə solunda,

Nə bir gözəlin qolunda

Yatmaq istəmirəm.


İlahi,

Nə söyüd kölgəsində,

Nə dünyanın ən azad ölkəsində

Yatmaq istəmirəm.


İlahi,

Dar quyu dibində,

Qaranlıq nəm içində,

İşıqlı qəm içində,

Ağrısız

Bir az yatmaq istəyirəm...