Kadırov İnstaqramda ingilis-dilli hesab açdı

kadirov-instaqramda-ingilis-dilli-hesab-acdi
Oxunma sayı: 1117

Sosial şəbəkələrin aktiv istifadəçisi olan Çeçenistan prezidenti Ramzan Kadırov İnstaqramda ingilis-dilli hesab açıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Çeçenistan hökumətinin rəsmi saytında məlumat yerləşdirilib.

“Dəyərli dostlar, sizinlə xoş xəbəri paylaşmaq istəyirəm. Çoxsaylı xarici dostlarım və izləyicilərimin xahişi ilə İnstaqram hesabımın ingilis-dilli versiyasını açmaq qərarına gəldim. Bundan sonra məni @kadyrov_95eng hesabımda da izləyə bilərsiniz”, - Kadırov yazıb.

Qeyd edək ki, çeçen liderinin yeni İnstaqram hesabının artıq 5 min izləyicisi var.