Fransanın Ruan şəhərində barda yanğın baş verib.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, insident nəticəsində 13 nəfər yanaraq ölüb, 6 nəfər xəsarət alıb.
Hadisənin “Le Cuba Librе” barında, yerli vaxtla gecəyarısı qeydə alındığı bildirilir. İlkin versiyaya görə, yanğın naməlum səbəbdən baş verən partlayışdan sonra başlayıb. İnsidentin səbəbləri müəyyənləşdirilir.
Son xəbərlər
Son Xəbərlər