Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”Ya daxil olan xəbərə görə, 550 min əhalisi olan rayonda seçicilərin 34,47 faizinin səsini alan Elşən Həmzəyev erməni rəqibi Serqey Minasyana asanlıqla qalib gəlib.
1972-ci ildə Astarada doğulan Elşən Həmzəyev orta məktəbi bitirdikdən sonra Rusiyaya gedib. Elşən Həmzəyev əvvəlcə M.A.Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunkasiya İnstitutun bitirib, daha sonra isə ikinci təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib.
25 ildir Rusiyada yaşayan həmyerlimiz 1999-cu ildən tikinti və əmlak məsələləri ilə məşğul olan “Savalan” şirkətlər qrupunun rəhbəridir. Elşən Həmzəyev həmçinin Ümumrusiya Azərbaycan Konqresinin Sankt-Peterburq və Lenin regionda səlahiyyətli nümayəndəsidir.