Türkan Şoray və ailəsi - Fotosessiya

turkan-soray-ve-ailesi-fotosessiya
Oxunma sayı: 1506

Türkan Şoray 1945-ci ildə İstanbulda dövlət dəmir yolu məmuru olan Halit Şoray və ev xanımı Meliha Şorayın ailəsində dünyaya gəlib. Aktrisa kimi 1960-cı illərdə fəaliyyətə başlayan Şorayın bu sahədə parlamasında o dövrdə film sahəsi ilə məşğul olan Rüçhan Adlının əməyi olub. T. Şoray atası yaşında olan R. Adlı ilə 20 il birlikdə yaşadıqdan sonra ayrılmaq qərarına gəlir. O 1983-cü ildə özü kimi aktyor olan Cihan Ünalla ailə qurur. Beş il davam edən bu evlilikdən onların 1985-ci ildə qızları Yağmur Ünal dünyaya gəlir.

Qeyd edək ki, Yağmur Ünal Türkiyənin eks baş naziri Tansu Çillerin oğlu Berk Çiller ile nişanlı olub. Bir il davam edən bu əlaqə ayrılıqla nəticələnib.

ABŞ-da təhsil alan Yağmur reklam filmlərinə çəkilir.

Nigar Məmmədli