Ombudsman Aparatı müsabiqə keçirir

“Ombudsman Aparatı müsabiqə keçirir
Oxunma sayı: 999
Ombudsman Aparatı 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsini keçirir.


Ombudsman Aparatının mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, müsabiqədə 18 yaşınadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər.

Rəsmlər A3 formatda işlənməli və onların müəllifləri haqqında qısa məlumat, həmçinin müsabiqə iştirakçılarının bir ədəd fotosu (4x5 ölçüdə) dekabrın 1-dək Ombudsman Aparatına təqdim edilməlidir.

Müsabiqənin qalibləri aşağıdakı meyarlara uyğun olaraq seçiləcək: Rəsm əsərinin müsabiqənin mövzusuna uyğun olması; BMT-nin Uşaq Hüquqları Konvensiyasının müvafiq müddəasının rəsmlərdə öz əksini tapması; Rəsmin mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı.

Ombudsman Aparatının Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirdiyi digər müsabiqə isə “Hüquqlar – hamı üçün!” mövzusunda jurnalist yazıları müsabiqəsidir.

Müsabiqə üçün yazılar dekabrın 1-dək Ombudsman Aparatına təqdim edilməlidir.

Yazıların respublikamızda çıxan hər hansı bir qəzetdə dərc olunması və müəlliflərin münsiflər heyətinə özləri haqqında qısa məlumat və bir ədəd foto (4x5 ölçüdə) göndərməsi mütləqdir.



Qafqazinfo.az saytı ilə əlaqə üçün E-mail: info@qafqazinfo.az

Oğurluq etmə, istinad et!