Gecənin şok xəbəri- Suyun və işığın qiyməti qalxır
TARİX: 18.01.14 | 00:24

Fevralın 1-dən etibarən Azərbaycanda içməli suyun istehlakı və çirkab sularının axıdılmasına görə yeni tariflər elan olunacaq.


“Qafqazinfo” xəbər verir ki, bu barədə musavat.com-un etibarlı mənbədən aldığı məlumata görə, hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tariflərlə bağlı Tarif Şurasına ünvanladığı təkliflərə baxılır. Mənbənin bildirdiyinə görə, içməli su və çirkab sularına görə tariflərin dəyişdirilməsi mütləqdir. Hazırda istehlakçılar suyun 1 kubmetrinə görə 30 qəpik, çirkab sularına görə 6 qəpik (cəmi 36 qəpik) ödəyir. Tarif Şurasının bu məbləği 50 qəpiyədək qaldıracağı gözlənilir. “Azərsu” rəsmiləri yanacağın bahalaşmasından sonra bütün digər sahələrdə bahalaşmanın müşahidə olunduğunu və bu mənada suyun köhnə qiymətlərlə verilməsi şəraitində bir sıra layihələrin icrasının mümkünsüz olduğunu bildiriblər. Məlumatlı mənbə paytaxtın içməli su ilə fasiləsiz təminatı ilə bağlı layihənin başa çatdırılmasındakı gecikmənin də əsas arqumentlərdən biri olduğunu vurğuladı. 

Aldığımız başqa bir informasiyaya görə, parallel olaraq “Azərenerji”nin də Tarif Şurasına müraciəti var və suyun sərfiyyatına görə yeni tariflərin müəyyənləşdirilməsi ilə eyni vaxtda elektrik enerjisinin qiymətində də bahalaşma gözlənilir.




Xəbər 8122 dəfə oxunub

Şərh əlavə olunmayıb

ŞƏRHİNİZ BİZİM ÜÇÜN DƏYƏRLİDİR!