Nazarbayev səlahiyyətlərindən əl çəkir - Xalqa müraciət etdi +Video

nazarbayev-selahiyyetlerinden-el-cekir
Oxunma sayı: 6469

Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa müraciətlə çıxış edərək hakimiyyətin bölüşdürülməsi üçün həyata keçiriləcək islahatlardan danışıb.

Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, ölkə başçısının rəsmi saytında yerləşdirilən məlumata görə, Nazarbayev bu məsələnin ölkənin müasir inkişafı mərhələsinin təbii yolu olduğunu vurğulayıb.

“Tərəfimdən təklif olunan beş institusional islahatın həyata keçirilməsi hökumətə iqtisadi sahədə əlavə icra səlahiyyətlərinin verilməsini nəzərdə tutub. Prezidentin səlahiyyətlərinə müdafiə sistemi, xarici siyasət, dövlət idarəçiliyi, konstitusiyanın müdafiəsi və hakimiyyət qolları arasında səmərəli fəaliyyətin təmini daxil olacaq. Bu islahatlarla bağlı referendumun keçirilməsi ilə bağlı fərman imzalamışam”, - deyə N. Nazarbayev qeyd edib.

Qeyd edək ki, N.Nazarbayev 40-a qədər səlahiyyətin hökumət və parlamentə verilməsini təklif edib.