Gəncədə keçmiş məhkum özünü yandırıb.
“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə yanvarın 26-sı gecə saat 02:00 radələrində Gəncə şəhəri, Nizami küçəsi, 10-cu döngə, I dalan, ev 5-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Sultanov Arif Məmməd oğlu yaşadığı evdə üzərinə tez alışan maddə töküb. A.Sultanov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.