MTN-in əsas simalarından biri özünü təqsirkar bilmir

mtn-in-esas-simalarindan-biri-ozunu-teqsirkar-bilmir
Oxunma sayı: 4962

Bu gün Sabunçu rayon məhkəməsinin inzibati binasında ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi keçirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə 25 nəfər zərərçəkmişin mülki iddiasının icraata götürülməsi tələbi ilə bağlı vəsatətləri təmin olunub.

S.Qurbanov vəsatət verərək səhhətinin ağır olmasına görə müayinə olunması üçün tibbi ekspertizanın keçirilməsini istəyib. Məhkəmə generalın vəsatətini baxılmamış saxlayıb.

Prosesdə fasilə elan olunub.

***

Fasilədən sonra davam edən prosesdə S.Qurbanovun vəsatətinin təmin edilmədiyi bildirilib.

Dövlət ittihamçısı ittiham aktının general S.Qurbanovla bağlı hissəsini elan edib və general özünü təqsirli bilmədiyini deyib.

Məhkəmə prosesi martın 2-də davam etdiriləcək.

Murad Əhməd