Zəlzələdə səkkiz yaşlı qız bacısını xilas etdi - Özü isə öldü

zelzelede-sekkiz-yasli-qiz-bacisini-xilas-etdi
Oxunma sayı: 1820

İtaliyada 267 nəfərin öldüyü zəlzələdə səkkiz yaşlı qız kiçik bacısının həyatını qurtararkən ölüb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zəlzələdən ən çox zərər çəkən Peskara-del-Tronto şəhərində baş verib.

Culiya Renaldo zəlzələ baş verən an 4 yaşlı bacısını bədəni ilə tamam örtməklə onu qoruyub. Özü isə dağıntıların altında qalaraq ölüb.

Qızların nənəsi bildirib ki, hazırda sağ qalan nəvəsinin vəziyyəti yaxşıdır.

Onu da qeyd edək ki, İtaliya hökuməti avqustun 27-sini ölkədə matəm günü elan edib.