Zaqatalada döyülən tibb bacısı komaya düşüb

zaqatalada-doyulen-tibb-bacisi-komaya-dusub
Oxunma sayı: 3562

Zaqatalada qonşusu tərəfindən vəhşicəsinə döyülən  tibb bacısı komaya düşüb.  

Qafqazinfo” “Apa”ya istinadən xəbər verir ki, bu gün saat 10:30 radələrində Zaqatala şəhəri “Kür-Araz” adlanan yaşayış massivində yaşayan, 1962-ci il təvəllüdlü Xədicə Herov qızı Muradova travmatik şok vəziyyətdə və ağır kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Müayinə zamanı məlum olub ki, bir uşaq anası olan və Zaqatala MRX-nın poliklinika şöbəsində tibb bacısı vəzifəsində işləyən X. Muradova qonşusu İbrahim adlı şəxs tərəfindən vəhşicəsinə döyülüb.

Zaqatala rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə səhər saatlarında X. Muradovanın yaşadığı ünvanda baş verib.  X. Muradovanın qonşuluğunda yaşayan və uzun müddətdir ki, əsəb xəstəliyindən əziyyət çəkən İbrahim adlı şəxs hələki istintaqa məlum olmayan səbəbdən qadını vəhşicəsinə döyərək ona ağır bədən xəsarətləri yetirərək hadisə yerini tərk edib. Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan saxlanılıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.