Yük və minik maşını toqquşdu - Yaralılar var

yuk-ve-minik-masini-toqqusdu
Oxunma sayı: 1108

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Salyan rayonunun Marışlı kəndi ərazisində “KamAZ” markalı yük maşını ilə “Mercedes Vita” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Abadkənd kənd sakini, 1975-ci il təvəllüdlü Murad Nadir oğlu Ağamalıyev kəllə-beyin travması, avtomobildə olan sərnişin, Yenikənd kənd sakini, 1992-ci il təvəllüdlü Nuranə Xanlar qızı Rzayeva isə sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.