Yük maşını aşdı - 5 ton kartof yola töküldü

yuk-masini-asdi
Oxunma sayı: 1767

Bu gün saat 18:45 radələrində Bakı-Qazax magistralının 385-ci km-də, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" ARB-yə istinadən xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan Ağcabədi rayon sakini Cabir Mövsümov idarə etdiyi "QAZ-53" markalı avtomobili aşırıb.

Nəticədə avtomobilin yük yerində olan 5 ton kartof isə yolun hərəkət hissəsinə tökülüb. Hadisədə xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Yolda avtomobillərin hərəkəti çətinləşib.

Hazırda yol polisləri hərəkətin təhülkəsizliyini təmin etməyə çalışırlar.