"Yaxşı edib məni tutdurmusuz" deyən qadına - Hökm oxundu

yaxsi-edib-meni-tutdurmusuz-deyen-qadina-
Oxunma sayı: 2927

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini 1969-cü təvəllüdlü Roza Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

R.Abbasova məhkəmədə fasilə zamanı zərərçəkənləri təhqir edib. Digər zərərçəkənə isə "sən yaxşı edib, şikayət edib məni tutdurdun. Məhkəmədə bunların iç üzü ortaya çıxdı" deyib.

Hökmə əsasən R.Abbasova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Roza Abbasova Sədərək Ticarət mərkəzində alver edib. Oradakı tanışlarının etibarından sui-istifadə edərək 143 min manat alıb. Vəd edib ki, Türkiyəyə gedərək onlara mal gətirəcək. Lakin 15 nəfər zərərçəkənə nə mal göndərib, nə də pullarını qaytarıb.

R.Abbasova Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilib.

Murad Əhməd