Yağış bitdi, fəsadı yox - FHN sürücünü xilas etdi

yagis-bitdi-fesadi-yox-
Oxunma sayı: 1154

Sentyabrın 29-da yağan intensiv yağışlar nəticəsində Bakının Suraxanı rayonunda avtomobil yoluna yığılan yağış suları “VAZ” markalı minik avtomobilinin hərəkətini məhdudlaşdırıb.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə olan 1 nəfərə müvafiq köməklik göstərib. Əməliyyat saat 21:58-də başa çatıb.