Xarici işlər naziri fransalı həmkarı ilə sərt danışdı

xarici-isler-naziri-fransali-hemkari-ile-sert-danisdi
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, fransalı diplomat Türkiyənin ölkəsinə qarşı tətbiq ediləcək sankisiyaların verilməməsini xahiş edib.

Fransanın xarici işlər naziri, “mənim qanun layihəsi ilə bağlı mövqeyimi bilirsiniz. Qarşılıqı münasibətlər pozulmasın”, deyib.

Əhməd Davudoğlunu fransalı həmkarı ilə sərt danışdığı xəbər verilir. “Mən Parisə getsəm, bu sual verilsə, susacağam? Ya da Fransa Senatı məndən yaxşı bilir deyəcəyəm? Əlbəttə, susmayacağam və həqiqəti danışacağam. Türk əsilli vətəndaşalarınızla nə edəcəksiniz? Onları da həbs edəcəksiniz?”- ifadəsni işlədib.

Xatırladaq ki, Fransa Senatı qondarma “erməni soyqırımı”nı tanımayanların cəzalandırılması haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Qanun layihəsi qəbul olacağı təqdirdə, Türkiyə Fransaya sansksiyalara başlayacağını bəyan edib.