Xaçmazdakı qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib

xacmazdaki-qezada-olen-ve-yaralananlarin-kimliyi-melum-olub
Oxunma sayı: 2564

Xaçmazda ağır yol qəzası baş verib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, yol nəqliyyat hadisəsi Qəndob-Yalama yolunun 29-cu km-də baş verib.

İlkin məlumata əsasən, “VAZ 2106” və “VAZ 21015” minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 2-si xəsarət alıb.

Ölənlərdən birinin polis mayoru olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

***

Xaçmazda baş verən yol nəqliyyat qəzasında ölən və xəsarət alanların kimlikləri məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində Xaçmaz rayonu, Müşkür kənd sakini 1964-cü il təvəllüdlü Məmmədov Cəfər Abbas oğlu və Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Yarəliyev Allahverən Zülfüqar oğlu ölüb.

Qəza zamanı həmçinin Masallı rayonu, Ərkivan kəndinin sakinləri 1988-ci il təvəllüdlü Cəfərov Cavid Cəfər oğlu və onun qardaşı, 1982-ci il təvəllüdlü Cəfərov Samir Cəfər oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.