Xaçmazda “gey” əmisini bıçaqlayan gəncə hökm oxundu – - 18 il

xacmazda-gey-emisini-bicaqlayan-gence-hokm-oxundu-
Oxunma sayı: 1722


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə İ. Cəbrayılov 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Öncəki prosesdə dövlət ittihamçısı İ. Cəbrayılovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

İsmayıl Cəbrayılov 23 iyul 2014-cü ildə axşam saatlarında cinsi azlığın nümayəndəsi olduğunu bildiyi əmisi Eyvaz Cəbrayılovun qonşuluqda yaşayan iki nəfərlə nalayiq sözlər işlədərək səs-küy saldıqlarını eşidib.

Onların əxlaqsızlıq etdiklərini düşünən İ.Cəbrayılov əsəbi halda əmisigilin həyətinə keçərək onunla mübahisə etməyə başlayıb. Sərxoş əminin kobud cavab verməsi qardaşı oğlunu daha da əsəbiləşdirib. O, cibindən çıxardığı bıçaqla Eyvaz Cəbrayılova və onun yanındakı şəxslərə - Emil İsayev və Elşən Əhmədova zərbələr endirib. Elşən Əhmədov aldığı xəsarətlərdən hadisə yerində keçinib, Emil İsayev və Eyvaz Cəbrayılov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıldıqlarından onların həyatını xilas etmək mümkün olub.

Murad Əhməd