Viktoriya Nuland vəzifəsindən gedir

viktoriya-nuland-vezifesinden-gedir
Oxunma sayı: 1051

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland vəzifəsindən gedir.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Nulanddan başqa, xarici siyasət sahəsində çalışan bir neçə karyeralı diplomat da postunu tərk edəcək. Onların arasında dövlət katibinin köməkçiləri Coys Barr və Mişel Bond da var.

Qeyd edək ki, hazırda dövlət katibi vəzifəsini Con Kerrinin müavini Tomas Şennon icra edir.

Yeni prezident Donald Tramp isə bu posta Reks Tillersonun namizədliyini irəli sürüb, lakin Senat namizədliyi hələ təsdiqləməyib.