Vərəm xəstəsi olan qadın kolbasadan zəhərlənib öldü - Azərbaycanda

verem-xestesi-olan-qadin-kolbasadan-zeherlenib-oldu
Oxunma sayı: 2053

Bir həftə əvvəl Saatlı rayonunda qidadan zəhərlənən şəxs dünyasını dəyişib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu gün Saatlı rayonunun Sarıcalar kənd sakini, bir həftə əvvəl kolbasadan zəhərləndiyi bildirilən 59 yaşlı Mədinə Ədim qızı Abbasova vəfat edib.

Qeyd edək ki, fevralın 1-də Sarıcalar kəndində bir ailənin 3 üzvü - 26 yaşlı Zümrüd Şakir qızı Əsgərova, 5 yaşlı Zəhra Yusif qızı Əsgərzadə və 59 yaşlı Mədinə Ədim qızı Abbasova qidadan zəhərlənmə diaqnozu ilə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onlara lazımi tibbi yardım göstərilsə də, M. Abbasova fevralın 7-də səhər saatlarında dünyasını dəyişib.

Onların kolbasadan zəhərləndiyi bildirilir.

O da qeyd olunur ki, dünyasını dəyişən qadın vərəm xəstəsi olub.