Vasif Talıbov zabit ailələrinə yeni mənzillər verdi - Fotolar

vasif-talibov-zabit-ailelerine-yeni-menziller-verdi
Oxunma sayı: 2592

İyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan şəhərində 9 zabit ailəsinə yeni xidməti mənzillər təqdim olunub, hərbi şəhərcikdə yeni park istifadəyə verilib.

Qafqazinfo”nun AzərTAc-a istinadən verdiyi xəbərə görə, iki və üçotaqlı mənzillərdə bütün kommunal məişət şəraiti yaradılıb, mebel dəstləri qoyulub. Mənzillə təmin olunan zabit ailələrinə xalça hədiyyə olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mənzillərin açarlarını zabit ailələrinə təqdim edib, onlara firavan həyat arzulayıb.

V.Talıbov həmçinin general-mayor ali hərbi rütbəsini Əlahiddə Ümumqoşun Ordusunun zabiti Elxan Əlibəyova təqdim edib, təltif olunan zabitləri təbrik edib.

Yeni salınan və 1 hektar sahəni əhatə edən istirahət parkında 80 növdən artıq gül kolu və dekorativ ağaclar əkilib, fontan düzəldilib, müasir işıqlandırma sistemləri qurulub. Parkın ərazisində oturacaqlar və şahmat stolları qoyulub, konsert və mədəni-kütləvi tədbirlərin təşkili üçün səhnə yaradılıb.

Tikinti işləri aparılarkən hərbi şəhərcikdəki 6 xidməti yaşayış binası da yenidən qurulub, binaların kommunikasiya xətləri, qapı, pəncərə və dam örtükləri yenilənib.