Vaqif Raul Lukas, Müşfiqə, Vaqifcan... - Körpələrə bu adlar qoyulub

vaqif-raul-lukas-musfiqe-vaqifcan
Oxunma sayı: 2422

Azərbaycanda doğulan körpələrə müasir adlarla müqayisədə ölkənin məşhur şairlərinin daşıdığı adlar daha az verilir.

Qafqazinfo” xəbər verir ki, Ədliyyə Nazirliyindən Report-a verilən məlumaat görə, son beş ildə doğulan uşaqlardan 480-nə Nizami, 88-nə Füzuli, 74-nə Nəsimi, 47-nə isə Məhsəti adı verilib.

Bu sırada Cavid (1434), Vaqif (1042), Mikayıl (764), Müşfiq (53), Xaqani (218), Almas (16), Şəhriyar (255), Fətəli (25), Şəms (511), Sabir (618), Əhməd (961) və s. adlar da yer alıb.

Bundan başqa, körpələrə qeyd olunan adlardan törəyən müxtəlif adlar da verilib. Belə ki, siyahıda Nizamir, Müşfiqə, Cavidxan, Cavidə, Vaqifcan, Vaqif Raul Lukas, Vaqif Mete, Arazxan, Şəmsi, Şəmsiyyə, Şəmsiyə, Şəmsurə, Sabirə, Əhmədağa, Əhmədli, Əhmədov, Əhmədiyə və s. adlar da var.