Türkiyə vətəndaşı Bakıda öldürülüb? - DİN-dən açıqlama

turkiye-vetendasi-bakida-oldurulub-
Oxunma sayı: 1806

Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyənin “Sabah” qəzetində dərc edilən “Polkovnikin oğlunu Bakıda kim öldürdü?..” başlıqlı yazının Azərbaycanda da media tərəfindən yayımlanmasına reaksiya verib.

Həmin məqalədə iddia edilir ki, 4 il əvvəl Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən Türkiyə vətandaşı Dönmez Alp Kaan Mustafa oğlu sui-qəsdin qurbanı olub.

Məsələyə münasibət bildirən DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”ya bildirib ki, sözügedən yol-nəqliyyat hadisəsi 2012-ci ilin sentyabr ayının 1-də baş verib. Həmin vaxt ölkədə qeydə alınan bütün yol-nəqliyyat hadisələri kimi o faktı da DİN-in rəsmi internet səhifəsinə yerləşdirdik. Üstündən dörd il keçəndən sonra hadisənin yenidən gündəmə gəlməsini nəzərə alaraq bildirirəm ki, 2012-ci ilin sentyabr ayının 1-də gecə saat 24 radələrində Bakının Binəqədi rayonu ərazisində, Cəlilabad rayon sakini Hafiz Vəliyev “Mersedes” markalı avtomobili Azadlıq prospektində idarə edərkən həmin vaxt yolu keçmək istəyən - Türkiyə vətəndaşı Dönmez Alp Kaan Mustafa oğlunu vurub və piyada aldığı xəsarətlər nəticəsində ölüb. Faktla bağlı dərhal Binəqədi RPİ-də cinayət işi qaldırılaraq istintaq tədbirlərinə başlanıb. Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü hadisə yerindən yayınsa da, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o yaxalanaraq barəsində həbs-qəti imkan tədbiri seçildi. Cinayət işinin istintaqı həmin ilin oktyabr ayında tamamlandı və ittiham aktı ilə birlikdə məhkəməyə göndərildi. Məhkəmənin 11 yanvar 2013-cü il tarixli hökmü ilə Hafiz Vəliyev 5 il müddətinə azadlıqdan məhrum olundu.
Kimin nə deməyindən və hansı qəzetin nə yazmasından asılı olmayaraq fakt bundan ibarətdir”.