Trampın limuzini 62 minə satışa çıxarıldı - Fotolar

trampin-limuzini-62-mine-satisa-cixarildi
Oxunma sayı: 2425

Böyük Britaniyanın avtomobil istehsalı ilə məşğul olan şirkətlərindən biri “Cadillac Trump” markalı maşını satışa çıxarıb.

Qafqazinfo”nun “Vesti.ru”ya istinadən verdiyi məlumata görə, bu, ABŞ prezidenti Donald Trampın biləvasitə nəzarəti ilə hazırlanmış iki limuzindən biridir. Onun ilkin satış qiyməti 62 min dollarla başlasa da, sonrakı alış mərhələsində məbləğin artırılacağı istisna olunmur.

Qeyd olunur ki, limuzin 1988-ci ildə “Cadillac” şirkəti tərəfindən yığılıb və bir müddət Tramp ailəsinə xidmət göstərib.

“Cadillac Trump” 5 litrlik benzin mühərrriki və avtomatik transmissiya ilə təchiz olunub. Limuzinin salonunda dəri oturacaqlar, mini-bar, akustik sistem, televizor var.