“Toyota” qadını vurub öldürdü

toyota-qadini-vurub-oldurdu
Oxunma sayı: 1744

Bakıda ağır yol qəzası baş verib.

Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, Xəzər rayonu ərazisində, Mərdəkan-Buzovna yolunda "Toyota" markalı avtomobil yolu keçmək istəyən qadını vurub. Ağır xəsarət alan 40 yaşlı qadın hadisə yerindəcə keçinib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.