Toydan qayıdan mikroavtobus qəzaya düşdü - 4 yaralı+Foto

toydan-qayidan-mikroavtobus-qezaya-dusdu
Oxunma sayı: 1320

Gecə saatlarında Quba-Xaçmaz yolunun 13-cü kilometrliyində, Qubanın Zərdabi kəndi ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, qəza toydan qayıdan "Ford" markalı "40 BL 392" dövlət qeydiyyat nişanlı sərnişin mikroavtobusu ilə "KİA" markalı "90 TB 530" dövlət qeydiyyat nişanlı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. Yaralılardan üçü mikroavtobusda, 1 nəfər isə "KİA"da olub.

Zərərçəkənlər Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.