“Tottenhem”in “11-liy”i bəllidir - 7 futbolçusu gəlmədi

tottenhemin-11-liyi-bellidir-
Oxunma sayı: 1238

Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la üz-üzə gələcək İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettino 7 futbolçusunu Bakıya gətirməyib.

“Qafqazinfo” xəbər verir ki, Mussa Dembele, Nabil Bentaleb, Aleks Pritçard, Erik Lamela, Deni Rouz və Kayl Uokeri paytaxtımıza gəlməyib. 

Onların əvəzinə gənc futbolçular təmsilçimizlə oyunda meydana çıxmaq şansı əldə edə bilərlər.

Bununla yanaşı “Tottenhem”in start 11-liyi də bəllidir. İngiltərə mətbuatına görə Poçettino aşağıdakı futbolçulara güvənəcək: Uqo Lloris – Kiran Trippier, Tobi Alderveyreld, Kevin Vimmer, Danni Rouz – Tom Kerroll, Erik Dayer, Andros Tounsend, Delle Alli, Erik Lamela - Hun-Min Son.