Təyyarə ticarət mərkəzinə düşdü - Fotolar+Yenilənib

teyyare-ticaret-merkezine-dusdu
Oxunma sayı: 2382

Avstraliyada yüngül mühərrikli təyyarə ticarət mərkəzinə düşüb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Hadisə Melburn şəhərində qeydə alınıb. Qəza Essendon hava limanının yaxınlığında baş verib.

"Hazırda bizdə zərər çəkənlər barəsində məlumat yoxdur",deyə yerli polisdən bildirilib.

Yerli mətbuat hadisə yerinə yanğınsöndürənlərin gəldiyi vurğulayıb.

***

Polisin verdiyi məlumata görə, təyyarədə olan 4 turist və pilot qəza nəticəsində dünyasını dəyişib.