Təyyarə biletinin fotosunu paylaşmayın - Video

teyyare-biletinin-fotosunu-paylasmayin
Oxunma sayı: 3034

Səfərdən əvvəl aviabiletinin şəklini çəkib sosial şəbəkədə paylaşanların sayı az deyil.

Mütəxəssislər xəbərdarlıq edir ki, aviabiletlərin şəklinin internetdə paylaşılması təhlükəlidir. Belə ki, bu, kibercinayətkarlar üçün şansdır.

“Azərbaycan Hava Yolları” QSC-dən də faktı təsdiqləyiblər. Qurumdan bildirilib ki, bütün aviabiletlərin zərində xüsusi şifrələr var. Bu şifrələr vasitəsilə sərnişin haqqında məlumatları əldə etmək mümkündür.

QafqazinfoAtv.az-ın mövzu ilə bağlı videomaterialını təqdim edir: