Təhsil Nazirliyi doğum evində yerləşən məktəblə bağlı məlumat yayıb. "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 2012-ci ildə baş verən zəlzələdən qəzalı vəziyyətə düşmüş Şəki rayonunun Baş Zəyzid kəndindəki 624 şagird yerlik tam orta məktəbin tikintisi üçün Nazirlər Kabinetinə təklif verilib.
Maliyyələşməsi təsdiq edildikdən sonra tikintiyə başlanacaq.
Qeyd edək ki, sözügedən təbii fəlakətdən sonra orta məktəbin binası qəzalı vəziyyətdə olduğundan şagirdlər məcburən müxtəlif uyğunlaşdırılmış binalarda dərs keçməli olurlar. Onlardan biri də "Doğum Evi"nin binasıdır.