Status yazdı - 40 min cərimələndi

status-yazdi
Oxunma sayı: 2105

"Mançester Siti" klubunun futbolçusu Bakari Sanya İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən 40 min funt sterlinq məbləğində cərimə olunub.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bu barədə FA xəbər yayıb.

B.Sanyanın cərimələnməsinə səbəb futbolçunun "Bernli" komandası üzərində qələbədən sonra "İnstaqram"da status yazması olub:

"10 nəfər 12 nəfərə qarşı. Amma komanda kimi mübarizə apardıq və qalib gəldik".

Federasiya bunu hakimlərin əleyhinə yazılan şərh kimi dəyərləndirilib.

Qeyd edək ki, yanvarın 2-də İngiltərə çempionatının 20-ci turunda "Mançester Siti" - "Bernli matçının (2:1) 31-ci dəqiqəsində hakim "şəhərlilər"in braziliyalı yarımmüdafiəçisi Fernandinyonu meydandan kənarlaşdırıb.