“Sosial şəbəkələr böyük təhlükə saçır” - Millət vəkili

sosial-sebekeler-boyuk-tehluke-sacir
Oxunma sayı: 3090

“Sosial şəbəkələr böyük təklükə saçır”

Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Sona Əliyeva parlamentin növbəti plenar iclasında "Uşaq hüquqları haqqında" qanuna dəyişikiliklərin müzakirəsi zamanı deyib. "Xüsusilə də, övladlarımızı, azyaşlılarımızı həmin təhlükələrdən qorumaq imanlarımız azdır"-deyən millət vəkili eyni zamanda bildirib ki, sosial şəbəklərdə, internetdə virtual tanışlıq və sair hallar bir çox hallarda təhlükəli sonuclara gətirib çıxarır: "Son zamanlar gənc, yetkinlik yaşına çatmayan qızların evdən qaçmasının şahidi olmuşuq. Bu ənənəvi bir hal almağa başlayıb. Bu məsələ ilə bağlı mübarizə tədbirləri gücləndirilməlidir”.

Qeyd edək ki, “Uşaq hüquqları haqqında” qanunun 15-ci maddəsinə (Uşağın məlumat azadlığı) edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. Dəyişiklik uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunmasının müvafiq qanunla tənzimlənməsini nəzərdə tutur.