Sosial şəbəkədə tanış olduğu qızla görüşdü - Şantaj olundu

sosial-sebekede-tanis-oldugu-qizla-gorusdu-
Oxunma sayı: 3823

Bakı sakini internetdə tanış olduğu qızla görüşdükdən sonra şantaj olunub.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 5-də Bakı şəhər sakini Fərid Şükürov polisə müraciət edərək yanvarın 17-də sosial şəbəkədə tanış olduğu bir qadınla əvvəlcədən razılaşdırdıqları yerdə görüşdüklərini, orada tanımadığı 3 nəfərin ona hədə-qorxu gələrək 240 manatını aldıqlarını bildirib.
F.Şükürov deyib ki, onlar yenidən pul gətirməyəcəyi təqdirdə onu öldürəcəkləri ilə hədələyiblər, fevralın 4-də isə əlavə 100 manat tələb ediblər.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Ağcabədi rayon sakinləri Zaur Əhmədov tutulub, digər 2 nəfər isə müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Murad Əhməd