SOCAR-da itkin düşən neftçilərin ailələri ilə görüş oldu - Video

socar-da-itkin-dusen-neftcilerin-aileleri-ile-gorus-oldu
Oxunma sayı: 2469

“SOCAR” rəhbərliyi itkin düşən neftçilərin ailə üzvlərinin bir qrupu ilə görüş keçirib.

"Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki,  ötən il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 saylı, ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailə üzvlərinin bir qrupu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin baş ofisində olub.

11 nəfər itkin düşən neftçinin ailəsinin əsas tələbi isə meyitlərin tezliklə tapılıb ailəsinə təhvil verilməsidir. Ancaq bu tələbə görə görüş tam olaraq baş tutmayıb. Yalnız 6 ailənin üzvləri görüşdə iştirak edib. Digər ailələrin iddiasına görə axtarışlar dayandırılıb. Ancaq SOCAR rəsmiləri bu iddiaları təkzib edərək axtarış işlərinin hələ də davam etdiyini vurğulayıb.

SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov görüşdə bildirdi ki, axtarış işləri hələ tam dayandırılmayıb.

"Azərbaycan Dövləti və Dövlət Neft şirkəti, həqiqətən də bu hadisələrdə daim ailələrin yanındadır. Və hər hansı bir hadisədə ailələrin yanında, yaxınında olub. Cəsədlərin tapılması barədə xəbər alan kimi istirahət günü olmasına baxmayaraq, dövlət dərhal cəsədlərin Türkmənistandan gətirilməsi ilə bağlı tədbirlər görür".