Şikayətçi qızı Təhsil Nazirliyində qəbul etdilər

sikayetci-qizi-tehsil-nazirliyinde-qebul-etdiler
Oxunma sayı: 4282

Ötən gün “Qafqazinfo”da Xəzər rayonu 4 saylı xüsusi internat məktəbin direktoru Vəfa Seyidova barəsində şikayəti yayımlanan Gülnar Ələsgərovanın problemi Təhsil Nazirliyində də dinlənilib.

Bu barədə “Qafqazinfo” ya məlumat verən G. Ələsgərova bildirib ki, onu nazirlikdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin daxili nəzarət sektorunun müdiri Rövşən Abdullayev və nazir köməkçisi Əlipaşa Zeynalov qəbul edib.

“Başıma gətirilən haqsızlıqlarla bağlı məsələni bir daha aidiyyatı şəxslərin diqqətinə çatdırdım. Dedilər ki, problemi araşdırırlar. Bundan əlavə, Vəfa Seyidovanın başçılığı ilə məktəbdə baş verən digər qanunsuz faktları da onların nəzərinə çatdırdım. Mənimlə aparılan danışıq videokameraya çəkilirdi. Ancaq görüşdən ədalətli nəticə əldə edilməsi üçün şəxsən Təhsil naziri Mikayıl Cabbarov tərəfindən qəbul edilməyimi xahiş edirəm”-deyə G. Ələsgərova qeyd edib.