Sərnişin avtobusu qəzaya düşdü - 19 ölü, 21 yaralı + Fotolar

sernisin-avtobusu-qezaya-dusdu
Oxunma sayı: 2331

Argentinanın cənubunda dəhşətli avtobus qəzası baş verib.

Qafqazinfo” xəbər verir ki, “Clarin” portalı məlumat yayıb.

Hadisə Mendosa əyalətində qeydə alınıb. Avtobus çili şirkəti “TurBus”a məxsus olub. Qəza zamanı avtobusda 40 nəfər olub. Onlardan 16 nəfəri hadisə yerində dünyasını dəyişib. Daha 3 nəfər isə xəstəxanada ölüb. 21 nəfər isə müxtəlif bədən xəsarəti alıb.

Polis qəzanın baş vermə səbəblərini araşdırır. İlkin ehtimala görə, qəzaya sürücünün idarə etməni itirməsi səbəb olub.