Sərhədçilər Xəzərdə meyit tapdılar

serhedciler-xezerde-meyit-tapdilar
Oxunma sayı: 1182

Fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyit müşahidə olunub.

Qafqazinfo”nun Dövlət Sərhəd Xidmətinə istinadən məlumatına görə, həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyiti sahilə çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.