Şəmkirdə iki VAZ toqquşdu - 5 yaralı

semkirde-iki-vaz-toqqusdu-
Oxunma sayı: 675

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatlna görə, hadisə rayonun Kür qəsəbəsindən Yeniabad kəndinə gedən yolda qeydə alnıb. “VAZ 2106” və “VAZ 2103” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib.

Yaralılardan bir nəfərinin Kür qəsəbə sakini, 1994-cü il təvəllüdlü Samirə Əmirovanın vəziyyəti orta-ağır olduğu üçün palataya yerləşdirilib. Digər 4 nəfərə isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.