Şəkidə qədim kurqan dağıdıldı - Qızıl axtarmaq üçün...

sekide-qedim-kurqan-dagidildi
Oxunma sayı: 4425

Şəkinin Cəfərabad kəndində yerləşən kurqanda naməlum şəxslər tərəfindən qanunsuz qazıntı işləri aparılıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə APA-ya yerli sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, tunc dövrünə aid kurqan dövlət qeydiyyatına alınsa da, “qızıl axtaranlar” burda qazıntı işləri aparırlar. Bundan əvvəl də abidədə qızıl axtarmaq məqsədilə qanunsuz qazıntı aparılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, arxeoloq İntizar Bədəlova bildirib ki, ona da məsələ barədə məlumat verilib. O, hazırda hadisə yerinə getdiyini deyib. İ. Bədəlova bildirib ki, bu barədə müvafiq təşkilatlar qarşısında məsələ qaldıracaq.