Şəhidimiz son mənzilə izdihamla yol salındı - Fotolar

sehidimiz-son-menzile-izdihamla-yol-salindi
Oxunma sayı: 3287

Aprelin 14-də Ermənistan silahlı birləşmələrinin təxribatı nəticəsində şəhid olan kiçik çavuş Rüstəm Əhmədov son mənzilə yola salınıb.

"Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki, şəhidin cənazəsini qarşılamaq üçün Mingəçevir şəhərinin mərkəzinə minlərlə insan toplaşıb.

Əllərində Azərbaycan bayrağını tutmuş izdiham tabutun arxasınca şəhidlər xiyabanına yürüş edib. 33 yaşlı Rüstəmin şərəfi uğrunda canından keçdiyi üç rəngli bayrağı təhvil alan ata oğlunun şəhadəti ilə fəxr etdiyini qeyd edib.

Şəhidin atası Oruc Əhmədov deyib: “Bu gün bizim milli ordumuz hər şeyə qadirdir. Ali Baş Komandanın əmrini gözləyirik. Biz balalarımızın və cəmi şəhidlərimizin qanını yerdə qoymayacağıq. Torpaqlarımızı düşməndən azad edəcəyik.