Səfər Əbiyev Pakistanın səfiri ilə görüşüb

sefer-ebiyev-pakistanin-sefiri-ile-gorusub
Oxunma sayı: 627

Müdafiə Nazirliyi Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkəmizə yeni təyin olunan səfiri bu münasibətlə təbrik edən müdafiə naziri müxtəlif sahələrdə Azərbaycanla Pakistanın sıx əlaqələrini diqqətə çatdırıb və qeyd edib ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olan Pakistanla əməkdaşlıq bu gün də yüksək səviyyədə davam edir. Nazirin sözlərinə görə, ölkələr arasında hərbi əməkdaşlıq sahəsində də uğurlar əldə edilib.
Görüş zamanı regionda vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb. Pakistanın səfiri öz dövlətinin mövqeyini ifadə edərək bildirib ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanla heç bir əlaqəyə malik deyillər.