Sədr müavinləri seçildi - Əsədovun qərarı

sedr-muavinleri-secildi-
Oxunma sayı: 3654

Milli Məclisinin Sədri Oqtay Əsədov Azərbaycan Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında qərarı imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, qərarda deyilir:

Azərbaycan Respublikası Milli Məclisinin deputatları aşağıdakı komitələrin sədr müavinləri seçilsinlər:

Rzayev Rövşən Şükür oğlu - Hüquq siyasəti və dövlət quruculuğu komitəsi;

Mirzəzadə Aydın Böyükkişi oğlu - Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi;

Vəliyev Ağalar İsrəfil oğlu - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi;

Nəbizadə Kamran Telman oğlu - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi;

Quliyev Eldar Allahyar oğlu - Aqrar siyasət komitəsi;

Əliyev Rauf Asif oğlu - Əmək və sosial siyasət komitəsi;

Heydərov Fəttah Səməd oğlu - Regional məsələlər komitəsi;

Əliyev Bəxtiyar Həmzə oğlu - Elm və təhsil komitəsi;

Əliyeva Jalə Fazil qızı - Mədəniyyət komitəsi;

Abramov Yevda Sasunoviç - İnsan hüquqları komitəsi;

Fətəliyeva Sevinc Həbib qızı - Beynəlxalq münasibətlər və parla-mentlərarası əlaqələr komitəsi;

Quliyev Musa İsa oğlu - Səhiyyə komitəsi;

Qafarova Sahibə Əli qızı - Ailə, qadın və uşaq məsələləri komitəsi;

Fətiyev Xanlar Nuru oğlu - İctimai birliklər və dini qurumlar komitəsi;

Quliyev Ülvi Zahid oğlu - Gənclər və idman komitəsi.