Səbaildə KİV nümayəndələri üçün yeni binanın tikintisi davam edir

sebailde-kiv-numayendeleri-ucun-yeni-binanin-tikintisi-davam-edir
Oxunma sayı: 1048

Cövdət Hacıyev adına 3 saylı uşaq musiqi məktəbində Səbail rayonu Bayıl-20-ci yaşayış sahəsini əhatə edən Səbail RİH Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib.

Qafqazinfo”ya daxil olan məlumata görə, hesabat məruzəsi ilə Səbail rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rüfər Əhmədzadə çıxış edib. O bildirib ki, 51 000 nəfər əhali yaşayan və 6510 nəfər məcburi köçkün məskunlaşmış ərazidə ötən il Bakı Ali Neft Məktəbi üçün yeni idman və yataqxana kompleksləri istifadəyə verilib, ha­zır­da ərazidə Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Yeni Salyan yolu küçəsində KİV nümayəndələri üçün yeni binanın tikintisi davam edir.

Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev 2016-cı ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə məlumat verib.

Hesabat və çıxışlardan sonra sakinlərin müraciətləri, istək və təklifləri dinlənilib.