Salyanda yanğın - Ər-arvad öldü

salyanda-yangin
Oxunma sayı: 1624

Səhər saatlarında Salyanda ev yanıb. "Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, rayonun Şəkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1943-cü il təvəlüdlü Əhmədalı Qayıbalı oğlu Əliyevin və onun həyat yoldaşı 1934-cü il təvəlüdlü Zemfira İsa qızı Əliyevanın meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.